XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xanım boksçumuz Minsk-2019-da mübarizəni dayandırdı
İdman 16:42 / 24.06.2019


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
Azərbaycanın yeganə qadın boksçusu Məryəm Cəbrayılova bu gün mübarizəyə qoşulub.
69 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final döyüşünə çıxıb. "Uruçye Arena”da təşkil olunan yarışda boksçumuz macarıstanlı Vivyen Budai ilə görüşüb. Gərgin mübarizə şəraitində keçən döyüş macar boksçunun qələbəsi ilə başa çatıb.
M.Cəbrayılova isə Avropa Oyunlarında çıxışını başa vurub.

21631 oxunub

InvestAZ