XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024



“Park Bulvar”da Beynəlxalq “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçiriləcək
İdman 11:49 / 05.06.2024

Bu gün saat 16:00-da "Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş "Olimpiya Günü” və "Parisə gedən yol” əyləncəli festival keçiriləcək.

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası ilə birlikdə təşkil ediləcək tədbirdə komissiyanın üzvləri ilə tanışlıqdan sonra çıxışlar olacaq.

Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunları ilə bağlı videoçarx təqdim ediləcək.

Festivalın proqramına uyğun olaraq müxtəlif idman növləri üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start veriləcək. Festivalda iştirak edəcək uşaqlar iplə tullanma, pazl yığılması, kəndirlə mübarizə, maraqlı və əyləncəli viktorinada iştirak edəcəklər.

Yarışın qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.


3331 oxunub

InvestAZ