XƏBƏR LENTİ
13 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Fransa və ABŞ Qış Olimpiadasına əsas namizəddir
İdman 12:01 / 29.05.2024
Fransada 2024-cü il Yay Olimpiya Oyunlarının başlaması ərəfəsində Beynəlxalq Olimpiya Komitəsinin keçiriləcək iclasında 2030 və 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanacaq. Müvafiq olaraq həmin oyunlara Fransa və ABŞ əsas namizəd kimi qalmaqdadır. Bu barədə "TSN Sports”un insayderi Qord Miller məlumat yayıb. Qeyd edilir ki, Fransa 2030-cu ildə keçiriləcək Oyunlarda hokkey və konkisürmə yarışlarını Nitsa şəhərinə həvalə edib. Həmin müddətə qədər hazırki arenalar müasir standartlara uyğun tikiləcək. Kurşevel və Meribel bölgələrində isə dağ xizək yarışları təşkil olunacaq.
ABŞ isə 2034-cü il Qış Olimpiya Oyunları zamanı Solt Leyk Siti-2002 Olimpiadasından qalan bir çox obyektlərdən istifadə edəcək. Bundan başqa həmin şəhərdə NHL komandası üçün yeni arena tikiləcək.

14654 oxunub

InvestAZ