XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



11 ildən sonra cüdo üzrə dünya çempionatından qızıl medal
İdman 20:03 / 20.05.2024

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların ikinci günündə daha 4 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Hidayət Heydərov mükafatçılar sırasında yer alıb.Dünya reytinqinin ilk pilləsində qərarlaşan cüdoçumuz 11 ildən sonra ölkəmizəqızıl medal qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət Heydərov Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Həlledici görüşdə hazırkı Asiya çempionu Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşan cüdoçumuz qələbə qazanaraq Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki,sonuncu dəfə bu titula2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında Elxan Məmmədov sahib çıxmışdı.



12045 oxunub

InvestAZ