XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Pep Quardiola: "Rəqib ötən mövsüm məğlubiyyətdən nəticə çıxarıb"
İdman 19:08 / 17.04.2024
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin Madrid "Real"ına qarşı cavab oyunu öncəsi mətbuat konfransına çıxıb. O, mətbuat konfransında oyuna hazırlıq barədə danışıb. "Biz bu təzyiqi yaşamalıyıq. Keçən ilki qələbəmizi düşünsək, bizə lazım olan əlavə stimulu ala bilməyəcəyik. Bu oyunlara ac kimi çıxmalıyıq. Azarkeşlərimizə böyük ehtiyacımız var. Bilirik ki, asan olmayacaq. Çünki 90 dəqiqənin hər saniyəsində üstün olmaq mümkün deyil. Rəqib ötən mövsüm məğlubiyyətdən nəticə çıxarıb. Buna əminik. Gəlin üzərimizə düşəni etməyə çalışaq. Bu, arzudur və biz onu həyata keçirmək istəyirik”, - deyə UEFA-nın rəsmi saytı Quardioladan sitat gətirib.
Qeyd edək ki, İspaniyada keçirilən ilk oyunda tərəflər 3:3 hesablı heç-heçə ilə razılaşmışdılar.

2184 oxunub

InvestAZ