XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



“Bentley”in də interyeri daş-qaşla bəzədildi
İdman 17:31 / 14.04.2024

"Bentley” şirkəti "Mulliner” və "Boodles” tərəfindən yaradılmış, ağ qızıl və brilyantlarla bəzədilmiş unikal "Continental GTC”ni təqdim edib.Avtomobilin daxili dizaynında qiymətli metallardan istifadə olunub.Belə ki,fərdi idarəetmə elementləri 24 karatlıq qızılla bəzədilib, konsola almaz bəzək yerləşdirilib. Bundan əlavə, interyerdə 18 karatlıq ağ qızıldan hazırlanmış ingilis B hərfi şəklində emblem görünür. Dekorasiyada da yaşı 200 milyon ildən çox olan təbii daşdan istifadə olunub.

Qeyd edək ki, son vaxtlar qızıldan istifadə edən bir çox avtomobil layihələri diqqət çəkir. Keçən ilin sonunda"Koenigsegg” qiymətli metallarla örtülmüş unikal "Jesko Odin”i təqdim edib. Daha sonra"Ferrari F8 Tributo”nun bazasında yaradılmış "Arese RH95 Vento Doro”nun görünüşü dəyişib. Bundan əlavə "Mansory” tüninq studiyası qızılla bəzədilmiş "Rolls-Royce Cullinan” avtomobilini təqdim edib.


15249 oxunub

InvestAZ