XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Daha bir güləşçimiz Paris Olimpiadasına lisenziya qazanmağa çox yaxındır
İdman 13:35 / 07.04.2024

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində çıxış edən sərbəst güləşçimiz Əliabbas Rzazadə növbəti görüşünə çıxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb. Rəqibini 6:0 hesabı ilə məğlub edən pəhləvanımız yarımfinala vəsiqə qazanıb. İdmançımızın rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq. Güləşçimiz bu görüşdə qalib gələcəyi təqdirdə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xatırladaq ki, Ə.Rzazadə təsnifat mərhələsində italiyalı Simone Piroddu mübarizədən kənarlaşdırıb.



1497 oxunub

InvestAZ