XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Hacı Əliyev Paris-2024-ə lisenziyanın bir addımlığında
İdman 13:20 / 07.04.2024

Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən sərbəst güləşçimiz Hacı Əliyev növbəti mərhələyə vəsiqə qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz 1/4 finalda Niurqun Skriabinə (AİN) qalib gəlib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Olimpiya mükafatçımız yarımfinala vəsiqə əldə edib. 

Xatırladaq ki, üçqat dünya və dördqat Avropa çempionumuz təsnifat mərhələsində fransalı Xamzat Arsamerzoyevi mübarizədən kənarlaşdırıb.


1171 oxunub

InvestAZ