XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Güləşçimiz lisenziya yarışına uğurla başladı
İdman 11:20 / 07.04.2024

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş yarışlarına start verilib. Azərbaycan pəhləvanı Osman Nurmaqomedov mübarizəyə başlayıb. 86 kq çəki dərəcəsində qüvvəsini sınayan güləşçimiz təsnifat mərhələsində litvalı Domantas Pavluçenko ilə qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn O.Nurmaqomedov 1/8 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi İsveçrə təmsilçisi Samuel Şerrer olacaq.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk iki günündə yunan-Roma və qadın güləşçilərimiz mübarizə aparıblar. Lakin idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.


1507 oxunub

InvestAZ