XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Sərbəst güləşçilərimiz lisenziya yarışında mübarizəyə başlayırlar
İdman 10:21 / 07.04.2024
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin sonuncu yarış gününə start verilib. 
Sərbəst güləşçilərin mübarizə apardığı son gündə komandamızın beş üzvü xalça üzərinə çıxacaq. 
Təmsilçilərimizdən Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək.
Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevlə qarşılaşacaq.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) isə ilk mərhələdə litvalı Domantas Pavluçenko ilə üz-üzə gələcək. 
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-qarsilasacaq.
Xatırladaq ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz mübarizə aparsa da onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib. 


1055 oxunub

InvestAZ