XƏBƏR LENTİ
23 Oktyabr 2019
22 Oktyabr 2019
21 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019



Səkinə Bədirova: “Qalib olduğum üçün çox sevincliyəm”
İdman 21:48 / 14.06.2019

Düzdür, bu əsəri ərsəyə gətirmək vaxtımın böyük bir hissəsini alsa da, nəticə çəkdiyim əziyyətə dəyərdi. Bu sözləri olimpnews.az saytına açıqlamasında "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibi olan Səkinə Bədirova bildirib. 
"Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 5-ci sinfində təhsil alıram. 3-cü sinfdən rəsm kursuna gedirdim. Yəni bu günki uğurum təsadüfi deyil. Direktor müavinimiz mənə bu müsabiqədə içtirak etməyi təklif etdi. Özümə inanaraq müsabiqəyə qatıldım və qalib oldum. Çəkdiyim rəsm əsərində idmançı əlində məşəl ilə Azərbaycanı təmsil edir. Müsabiqədə iştirak etdiyim və qalib olduğum üçün çox sevincliyəm. Düzdür, bu əsəri ərsəyə gətirmək vaxtımın böyük bir hissəsini alsa da, nəticə çəkdiyim əziyyətə dəyərdi”, - deyə müsabiqənin qalibi əlavə edib.  

2239 oxunub

InvestAZ