XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şumaxer deyilənləri təsdiq etdi
İdman 17:51 / 26.03.2024

Keçmiş Formula 1 pilotu, hazırda isə ekspert olan Ralf Şumaxer "Red Bull”un sürücüsü Maks Ferstappenin "Mercedes”ə mümkün keçidi ilə bağlı fikirlərini bölüşüb.

Şumaxerin sözlərinə görə, niderlandlı pilot komandasını dəyişmək qərarına gəlsə, "Red Bull” ona mane olmayacaq.

"Maks almanca danışır. Deməli, bu onun üçün çox yaxşı alternativdir. Xüsusilə xarakterini nəzərə alsaq, komandaya yaxşı uyğunlaşacaq. Mən düşünmürəm ki, o getmək istəsə, "Red Bull” onun yolunda duracaq”, - deyə "GPblog” Şumaxerin sözlərindən sitat gətirib. Almaniyanın "Sky Sports” kanalı da daha əvvəl M.Ferstappenləbağlı sujet hazırlamışdı. Onun keçidinin hazırkı Formula 1 mövsümü başa çatdıqdan sonra, 2025-ci ildə baş tuta biləcəyi də sujetdə qeyd edilmişdi.


1610 oxunub

InvestAZ