XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avarçəkənimiz nüfuzlu yarışda gümüş medal qazandı
İdman 15:09 / 26.03.2024

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə "Paolo De Aloya” xatirə turnirinə yekun vurulub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sayca 38-ci dəfədir keçirilən yarışda yığmamızın üzvü Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer alıb.

Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub.

Xatırladaq ki, Diana Dımçenko ötən il "Paolo De Aloya” turnirində birinci yer tutub.


1548 oxunub

InvestAZ