XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Komanda rəhbərləri üçün treninq
İdman 22:27 / 13.06.2019


AFFA-nın Futbol Akademiyasında 2019-2020-ci il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə treninq keçirilib.

Treninqdə yeni klubun yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərinin edilməsi, yeni lisenziya kartları haqda məlumat və sair haqda geniş təqdimat olub. Bundan başqa, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.

"Futbola Qoşul” onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.


21264 oxunub

InvestAZ