XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Cüdoçularımızdan Bremendə tarixi nəticə 
İdman 17:21 / 25.03.2024

Azərbaycanın gənclərdən ibarət komandasıAlmaniyanın Bremen şəhərində keçirilən beynəlxalq Bremen Masters turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, istedadlı gənc idmançılar 4 qızıl və 3 bürünc medal qazanaraq medal sıralamasında Yaponiyanı, Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar. Komandamızın üzvlərindənMəhəmməd Musayev (-66 kq), Süleyman Əliyev (-73 kq), Aslan Kotsoyev (-90 kq) vəKənan Nəsibov (+100 kq)bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Bürünc medallasa isəBabarəhim Mirzəyev (-60 kq), İslam Rəhimov (-66 kq) və Tuncay Şamil (-90 kq) sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri tutmuşdular.

Qeyd edə ki, Bremen Masters turnirinin keçmiş qalibləri dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Bremen Masters turnirinin əvvəlki qalibləri arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf kimi məşhur idmançılar var.




2097 oxunub

InvestAZ