XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz Monqolustana qalib gəldi
İdman 22:40 / 22.03.2024

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan "FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirib. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda oyunda Monqolustan millisi ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.

Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.


1950 oxunub

InvestAZ