XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AFFA prezidenti Ağsu şəhər stadionuna baxış keçirib
İdman 15:12 / 17.03.2024

AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov Ağsu şəhər stadionuna baxış keçiriblər.

Milli assosiasiya rəhbərliyi təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.

Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.



1665 oxunub

InvestAZ