XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Karateçilərimiz Karate 1 Premyer Liqa yarışlarında mübarizə aparır
İdman 16:08 / 15.03.2024
Karate üzrə yığma komandamız Türkiyənin Antalya şəhərində keçirilən Karate 1 Premyer Liqa yarışlarında mübarizə aparır.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz Türkiyəyə 8 idmançı ilə təmsil olunur. Komandamızın heyətində Tural Ağalarzadə -67, Əminağa Quliyev -60, Turqut Həsənov -84, Fərid Savadov -60, Fidan Teymurova -50, Mədinə Sadıqova -55, Renata Ərəbli isə -61 kq çəki dərəcələrində qüvvələrini sınayır. Kata yarışlarında ölkəmizi Roman Heydərov təmsil edir. Komandamız yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi altında yollanıblar. Ölkəmizi yarışda hakim qismində Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcək. 

1540 oxunub

InvestAZ