XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AMADA-nın rəsmiləri iNADO-nun “Workshop”unda iştirak ediblər
İdman 15:05 / 15.03.2024

İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) cari il üçün "Workshop”u təşkil olunub.

Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lozanna Universitetində keçirilən tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında İdmançının Bioloji Pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.

Habelə tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb.


1703 oxunub

InvestAZ