XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stolüstü tennisçilərimizdən növbəti uğur
İdman 14:43 / 15.03.2024
İlə yüksək nəticələrlə başlayan stolüstü tennisçilərimiz növbəti uğura imza atıblar. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçmə komandamızın üzvləri bu dəfə Türkiyədə keçirilən "Avropa Gənclər Seriyası” yarışında etimadı doğruldublar. Nevşehirdə təşkil olunan turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub. Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb. Mükafatları Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova təqdim edib. Hər iki yaş qrupunda final görüşləri isə beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub. İdmançılarımız martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə bacarıqlarını nümayiş etdirəcəklər. 

2297 oxunub

InvestAZ