XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropanın diqqəti Nyon şəhərinə yönəlib
İdman 11:12 / 15.03.2024

Bu gün Bakı vaxtilə saat 15:00-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.Püşkatmada "Bayern Münhen", "Mançester Siti", "Real Madrid", "Arsenal", PSJ, "Barselona", "​Borussia Dortmund" və "Atletiko Madrid" komandaları iştirak edəcək.

Çempionlar Liqasının 1/4 final mərhələsində komandaların bölgüsündə heç bir məhdudiyyət yoxdur. Ona görə də əvvəllər qrup mərhələsində qarşılaşmış komandalar və eyni ölkənin komandaları bir-birinə qarşı oynaya bilərlər.

Cütlərin ilk 1/4 final oyunları aprelin 9 və 10-da baş tutacaq. Cavab oyunları isə aprelin 16 və 17-də təşkil ediləcək.

Püşkatma UEFA.com saytında canlı yayımlanacaq.




1887 oxunub

InvestAZ