XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Voleybol üzrə milli komandaların rəhbərləri Sumqayıtda seçimlər aparıblar
İdman 15:35 / 14.03.2024
Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasinin başçılığı ilə Sumqayıtda seçimlər aparılıb.
Seçimlər martın 12-də və 13-də bu şəhərdə yerləşən on orta məktəbdə həyata keçirilib. Mütəxəssislər uşaqlara voleybol haqqında ətraflı məlumat verib, bu idman növünün ölkəmizdə inkişafından danışıblar. Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.
Seçimlər zamanı 2009-2011-ci illər təvəllüdlü və müvafiq kriteriyalara cavab verən 28 uşaq müəyyən edilib.

1602 oxunub

InvestAZ