XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Mbappenin kəllə sümüyünə oxşayan kabab?!
İdman 14:56 / 14.03.2024
PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir. Bu barədə Fransanın RMC Sport nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab mağazasının menyusunda "Mbappenin kəllə sümüyü kimi” təsviri olan kökəli kabab var. Qeyd olunur ki, adı menyuda hallanan yeganə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payeyə həsr olunmuş pankeykdə hazırlayır.
1915 oxunub

InvestAZ