XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Formula 1 siyasətə qarışmamalıdır”
İdman 14:23 / 14.03.2024
"Red Bull” komandasının sürücüsü Maks Ferstappen Formula 1-in çempionat yarışlarının keçirildiyi ölkələrə təsirindən danışıb. "Formula 1 siyasətə qarışmamalıdır, bu, tamam başqa hekayədir və məncə idmanın idman, siyasətin isə siyasət olması çox vacibdir. Bəzən insanlar hadisələrin mərkəzində olmağı xoşlayırlar. Amma mən idmana diqqət yetirməyə üstünlük verirəm. Əks halda siyasətçi olardım, mən də bu sahəni sevmirəm. Hər bir ölkənin öz çatışmazlıqları var. Biz dünyanı dəyişmək fikrində deyilik, amma müsbət dəyərləri bölüşməyə çalışırıq. Müsbət dəyişikliklər həm də ölkədən asılıdır. Düşünürəm ki, Formula 1 bəzi ölkələrə gəldikdən sonra həqiqətən müsbət dəyişikliklər oldu”, - deyə «Racingnews365» Verstappenin sözlərindən sitat gətirib.
1767 oxunub

InvestAZ