XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AMADA-nın rəsmiləri iNADO-nun illik Baş Assambleyasında iştirak ediblər
İdman 13:01 / 14.03.2024
İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik Baş Assambleyası keçirilib.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, Assambleya iNADO-ya üzv təşkilatlar üçün mühüm müzakirələr və qərar qəbuletmə proseslərində iştirak baxımından böyük əhəmiyyət kəsb edib.
Baş Assambleyada Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 
Mötəbər tədbir çərçivəsində ötən il təşkil olunan Baş Assambleyanın protokollarının təsdiqi, İdarə Heyətinin sədri və baş direktorun, habelə maliyyə hesabatlarının təqdimatı olub. Bundan əlavə, iNADO Konstitusiyasına düzəlişlər və yeni İdarə Heyətinin üzvlərinin seçilməsi ilə də bağlı müzakirələr aparılıb.
Görüşdə kvorum tələbləri, səsvermə prosedurları, təkliflərin verilməsi və konstitusiyaya dəyişikliklər kimi aspektləri əhatə edən qaydalar da müzakirə mövzuları sırasında yer alıb.
Ümumilikdə, Assambleya üzvlərin təşkilatın istiqamətinin və idarəçiliyinin formalaşmasında fəal iştirakı, idmanda dopinqlə mübarizədə davamlı səylərin təmin edilməsi üçün platforma rolunu oynayıb.

2268 oxunub

InvestAZ