XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Voleybol millimiz Avropa çempionatının təsnifat məshələsində iştirak edəcək.
İdman 12:01 / 14.03.2024

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsində iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qitə birinciliyinin seçmə mərhələsi 2024 və 2025-ci illərdə təşkil olunacaq. Turnirə bu ilin avqust ayında start veriləcək.

Komandalar reytinqdəki yerlərinə görə qruplara bölünüblər. Reytinqdə 26-cı olan Azərbaycan millisi B qrupunda Belçika (11-ci yer) və Avstriya (29-cu yer) kollektivləri ilə birgə mübarizə aparacaq. Komandamız evdə və səfərdə olmaqla ümumilikdə dörd oyun keçirəcək. Qarşılaşmaların yarısı bu il avqustun 17-29-da, digərləri isə 2025-ci il avqustun 9-17-də təşkil olunacaq.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma (7 qrup) çıxış edəcək və onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Oyunlar

17-18 avqust 2024

Avstriya – Azərbaycan

24-25 avqust 2024

Azərbaycan – Belçika

13 avqust 2025

Belçika – Azərbaycan

16-17 avqust 2025

Azərbaycan - Avstriya


2055 oxunub

InvestAZ