XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa Liqası: "Qarabağ" bu gün Almaiyada "Bayer"lə qarşılaşacaq
İdman 11:04 / 14.03.2024

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. Qitənin ikinci ən nüfuzlu klub turnirində mübarizəsini davam etdirən Azərbaycan çempionu "Qarabağ" Almaniyada "Bayer" komandası ilə cavab oyununa çıxacaq. "BayArena"da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı ingiltərədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Entoni Teylor olacaq. 

Xatırladaq ki, bu komandalar arasında ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.


1494 oxunub

InvestAZ