XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qubada Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş olub
İdman 10:44 / 14.03.2024

Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin "İdman Paytaxtı” Quba şəhərində Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, yerli və beynəlxalq yarışların yayımı ilə bağlı İdman TV-nin təqdimatı dinlənilib. Həmçinin idman fotoqraflarının fəaliyyəti, gələcək perspektivlər mövzusunda, "Gilavar" foto klubu barədə məlumat verilib. "Fibonaççi Games" şirkətinin kollektiv intellekt təlimi, idmanla məşğulluq, "İdman həftəsi" çərçivəsində paytaxtda və regionlarda keçirilmiş tədbirlər barədə hesabat verilib, idman startegiyası ilə bağlı təqdimat və digər məsələlər barədə danışılıb.

Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.

Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri də iştirak ediblər.


1700 oxunub

InvestAZ