XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında intellektual yarış keçirilib
İdman 10:12 / 14.03.2024
2024-cü ilin "İdman Paytaxtı” Quba şəhərində Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında "Fibonaççi” intellektual yarışı təşkil edilib. Quba Olimpiya İdman Kompleksində keçirilən oyunun qaydaları açıqlandıqdan sonra yarışa start verilib. Yekun nəticələrə əsasən "Bizimkilər” komandası (AGİN və stolüstü tennis, voleybol, velosiped, şahmat, avarçəkmə federasiyalarının nümayəndələri) yarışın qalibi olub. "İdman qanunu” komandası (AGİN və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri) ikinci, "Döyüşçü” komandası isə (AMİNA, yelkən, həndbol, karate, bodibildinq, MMA və qrapplinq federasiyalarının nümayəndələri) üçüncü yeri tutub. Qalib komandalar yarışın xüsusi hədiyyələri ilə mükafatlandırılıblar.
1651 oxunub

InvestAZ