XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qrossmeysterimiz çinli şahmatçıya qarşı
İdman 12:03 / 14.06.2019

Bu gün Norveçin Stavanger şəhərində "Altibox Norway Chess 2019” superturnirinin son turunun oyunları keçiriləcək.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun son turda rəqibi Çin təmsilçisi Yu Yanqyi olacaq. Qeyd edək ki, səkkiz turun nəticəsinə görə şahmatçımızın aktivində cəmi 5,5 xal var.
Turnirdə 13 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen artıq qələbəni təmin edib. Levon Aronyan 9 (Ermənistan), Fabiano Karuana, Uelsli So (ABŞ), Yu Yanqyi (Çin) 8,5, Din Liren 8, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşe-Laqrav 7,5, rusiyalı Aleksandr Qrişuk isə 4 xal toplayıblar.


23737 oxunub

InvestAZ