XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Lisenziya turnirində növbəti qələbə
İdman 11:56 / 06.03.2024

İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Paris-2024-ə lisenziya xarakteri daşıyan yarışda Azərbaycanın daha bir boksçusu rinqə çıxıb. Turnirdə 71 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz Sərxan Əliyev mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Dünya çempionatının mükafatçısı ilk mərhələdə Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. Boksçumuz martın 7-də 1/16 final mərhələsi çərçivəsində litvalı Aleksandr Trofimçukla qarşılaşacaq.

Xatırladaq ki, Sərxan Əliyevədək komandamızın digər üzvlərindən Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya yarışında növbəti mərhələyə vəsiqə qazanıblar.

Lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
1723 oxunub

InvestAZ