XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xəyyam Orucov: “Bu parlaq ənənələri təbliğ edib, gələcək nəsillərə ötürməliyik”
İdman 16:35 / 05.03.2024

"Səfir kimi çalışmalıyıq ki, idman ölkəmizdə daha da populyarlıq qazansın”.

Bunu Gənclər və İdman Nazirliyi tərəfindən "İdman səfiri” seçilən milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi Xəyyam Orucov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalislərə müsahibəsində deyib.

O, idman sahəsində əlddə etdiyi təcrübəni hər zaman yeniyetmə və gənlərlə bölüşməyə hazır olduğunu bildirib: "İllərdən bəri topladığımız təcrübələri yeniyetmə və gənclərlə bölüşmək bizim əsas işimizdir. Milli idman növləri bizim tariximizdir. Çalışıb bu parlaq ənənələri təbliğ edib, gələcək nəsillərə ötürməliyik”.
2482 oxunub

InvestAZ