XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Avropa çempionatında növbəti medal
İdman 20:45 / 28.02.2024

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında daha bir medal qazanıblar.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, Sofiya Barxalova, Leyli Əliyeva və Zeynəb Sultanovadan ibarət kollektiv trio komanda yarışında üçüncü yeri tutub.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət yığma isə oğlanlar arasında komanda yarışında eyni uğura imza atıblar.


22712 oxunub

InvestAZ