XƏBƏR LENTİ
24 Dekabr 2025
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025



Ulduz basketbolçu yorulub?
İdman 11:54 / 28.02.2024

"Qolden Steyt Uorriors"da çıxış edən Stiven Karri "Vaşinqton Uizards"la səfər matçında ilk hissəni xal qazanmadan başa vurub. «ESPN US»un araşdırmasına görə 2012-ci ilin 23 noyabr tarixindən bəri ilk dəfədir ki, Karri bu cür çıxışı ilə diqqət çəkib.

Bu mövsüm 54 matçda iştirak edən Karri hər oyuna orta hesabla 27,5 xal, 4,2 ribaund və 5,1 məhsuldar ötürmə ilə yadda qalıb. "Qolden Steyt"in baş məşqçisi Stiv Kerr Karrinin bu çıxışını yorğunluğu ilə əlaqələndirib.



21750 oxunub

InvestAZ