XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tədqiqatçı alimin yeni monoqrafiyası işıq üzü görüb
İdman 17:35 / 21.02.2024
 
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı yeni kitabı işıq üzü görüb.
Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist,  "Tərəqqi” medallı Murad Fərzəliyevin elmi redaktorluğu ilə 7 yarımfəsli özündə birləşdirən monoqrafiya 3 fəsildən, rus və ingilis dillərində xülasədən, 63 istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiyada İkinci Qarabağ Müharibəsində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş idmançılarımız barədə yazılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş 332 şəhid idmançı haqqında xatirələr monoqrafiyaya daxil edilib.
Yeni işıq üzü görmüş "İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı monoqrafiya əvvəlki nəşrlərdən fərqlənib. Belə ki, indiyə qədər çap edilən kitablarda şəhid idmançılarımız haqqında ensiklopedik məlumatlar verilirdi. Bu monoqrafiyada isə qələbə zəfərli şəhidlərimiz haqda məlumatlar geniş şəkildə onların şəkilləri ilə təqdim olunub. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib edilib.  "Təltifləri” bölməsində hər bir şəhidə verilmiş orden və medalların siyahısı Azərbaycan Prezidentin müvafiq sərəncamlarına istinadla, fərdi olaraq dəqiqləşdilirilib.
3217 oxunub

InvestAZ