XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qələbə paradında faciə baş verib - FOTO
İdman 12:15 / 16.02.2024

Fevralın 15-də Amerikanın Kanzas Siti şəhərində yerli "Kanzas Siti Chiefs” komandasının Super Bowl yarışındakı qələbəsi münasibətilə keçirilən parada faciə baş verib. "Union Station” arenasının qərb tərəfində atışma baş verib.

Şəhər polisinin məlumatına görə, açılan atəş nəticəsində 20-dən çox adam yaralanıb. Məlumata görə, atışma nəticəsində yaralananlardan səkkiz nəfəri Universitet xəstəxanasına yerləşdirilib.Onlardan ikisinin vəziyyəti ağır, altısının vəziyyəti isə orta ağır qiymətləndirilir. Küçədəki qarışıqlıq nəticəsində 4 nəfər də xəstəxanaya çatdırılıb.

Lakin hadisə zamanı KKFI radiosunun DJ-i və "Tejano dadı" verilişinin aparıcısı Lisa Lopez-Qalvanın həyatını xilas etmək mümkün olmayıb.Bu barədə KKFI radiosu məlumat verib.


2215 oxunub

InvestAZ