XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib
İdman 15:42 / 15.02.2024

Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 110-dək idmançı qüvvəsini sınayır.

Turnirdə "Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə yığmalarının üzvləri, eləcə də "Şevardeni” və Batumi klublarının (hər ikisi Gürcüstan) gimnastları da qoşulublar.

Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, bu gün start götürən 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə fevralın 16-da yekun vurulacaq.


4213 oxunub

InvestAZ