Bakı şəhərinin Türkan qəsəbəsində yeni idman kompleksinin açılışı olub.
Kompleksdə idmançıların məşq prosesini izləyən gənclər və idman naziri Fərid Qayıbov mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Türkan İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib.
Kompleksin ərazisi 0.51 hektar, binanın tikintialtı sahəsi 1135 kvadratmetr, ümumi sahəsi 2 360 kvadratmetr, köməkçi və texniki binaların ümumi sahəsi 230 kvadratmetrdir. Burada yarışların və məşqlərin keçirilməsi üçün 100 tamaşaçı oturacaqlı universal idman zalı, güləş, cüdo, karate, boks, trenajor, aerobika məşqlərinin keçirilməsi üçün şərait var. Eyni zamanda binada soyunma-geyinmə, duş, inzibati və köməkçi otaqlar təşkil olunub. Kompleks zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib.
Ərazidə açıq hava meydançası, yer tipli şahmat oyunu sahəsi quraşdırılıb.