XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AFFA-nın prezidenti millinin məşqini izləyib
İdman 10:08 / 04.06.2019


"Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzindəki əsas meydanda AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşüb.
Rövnəq Abdullayev görüşdə çıxış edərək Avro-2020-nin dörd oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. O, Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmaları ilə oyunlarda millimizə uğurlar arzulayıb.
Yığmamızın kapitanı Maksim Medvedev AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komandanın adından təşəkkürünü bildirib.
Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyiblər.

23089 oxunub

InvestAZ