XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yoxlama oyunu qələbə ilə yekunlaşdı
İdman 12:49 / 02.06.2019


"Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.
Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Dmitri Nazarov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub.
Oyunu Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.

19433 oxunub

InvestAZ