XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Sağ ol, Qabor Kiray!
İdman 14:16 / 23.05.2019


Futbol üzrə Macarıstan yığmasının keçmiş qapıçısı, 43 yaşlı Qabor Kiray karyerasını başa vurduğunu bildirib.bu barədə komandanın instragam səhifəsində belə bir məlumat dərc edilib: "Sağ ol, Qabor Kiray! Əfsanə karyerasını başa vurur”.2016-cı il Avropa çempionatında Macarıstan yığmasının əsas heyətində Avstriya komandasına qarşı matçda meydana çıxan Kiray qitə birincilikləri tarixində ən yaşlı oyunçu olub. O vaxt Kirayın 40 yaşından 74 gün keçmişdi. Bundan əvvəl Almaniya yığmasının oyunçusu Lotar Matteus həmin göstərici üzrə rekordçu idi: Matteus 2000-ci il Avropa çempionatında meydana çıxanda yaşı 39-u keçmişdi.
Kiray öz ölkəsinin milli komandasında ilk oyununu 1998-ci ildə keçirib. Macarıstan yığmasının heyətində 108 görüş keçirmiş Kiray bu göstərici üzrə rekordçudur.

20638 oxunub

InvestAZ