XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Frankfurtlu azarkeşlərin Azərbaycan sevgisi
İdman 15:56 / 22.05.2019

Almaniyanın "Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib. "Eurosport.de" saytında yer alan xəbərə görə, Frankfurt klubunun Avropa Liqasının yarımfinal mərhələsində "Çelsi” ilə ilk görüşündən sonra (1:1) bəzi nikbin azakeşlər komandalarının finala çıxacağına inandığından həlledici mat üçün biletlərini alıblar. Lakin "Aytraxt"ın penaltilər seriyasında uduzması fanatların planlarını pozub. Bundan sonra 100 azarkeş öz biletini Azərbaycanda aztəminatlı uşaqlara bağışlayıb. Biletlərin əksəriyyəti SOS Uşaq Kəndinə göndərilib.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında "Çelsi” və "Arsenal” klubları üz-üzə gələcək.


22442 oxunub

InvestAZ