XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



«Çelsi»nin sahibi Bakıya gəlir
İdman 13:25 / 22.05.2019


Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi”nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir. Bu haqda Qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə "Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək. "Çelsi” Bakıda 5 ulduzlu "Hyatt Park”, "Arsenal” isə "Alov qüllələri"ndə yerləşən "Fairmont” otelində qalacaq. Xatırladaq ki, Avropa Liqasının "Çelsi” - "Arsenal” final oyunu mayın 29-da keçiriləcək.



22919 oxunub

InvestAZ