XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Taekvondoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
İdman 10:10 / 15.05.2019

Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası Türkiyənin Ordu şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Mayın 19-da – Atatürkün anım günü, gənclik və idman bayramı münasibətilə yeniyetmələr arasında təşkil ediləcək yarışlarda Azərbaycan 17 taekvondoçu ilə təmsil olunacaq.
Mayın 17-18-də keçiriləcək turnirdə məşqçilər heyəti oğlanlardan Şamil Mirzəyev (33 kq), Ümid Hacıyev, Nihad Məmmədzadə (hər ikisi 37 kq), Pünhan Mürsəlov (41 kq), Vaqif Hacıyev (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Yusif Abbasəlizadə (57 kq), İbrahim Əlizadə (61 kq), Fəttah Fəttahzadə (65 kq) və Asim Əlimova (65 kq yuxarı) şans verəcək.
Qızlardan isə Zemfira Həsənzadə (29 kq), Kamilla Ələsgərova (33 kq), Şəbnəm Novruzova (37 kq), Sevda Əzizova (41 kq), Xədicə İsmayılova (44 kq) və Səmmərux Osmanova (51 kq) millinin heyətində yer alacaq.
Komandamız baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mayın 15-də Ordu şəhərinə yola düşür.
Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların bir neçə yeniyetmə taekvondoçusu da yarışa qatılacaq.

27323 oxunub

InvestAZ