XƏBƏR LENTİ
08 Fevral 2023
07 Fevral 2023
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023



Astaralı idmançılar açıq birincilikdə fərqləndilər
İdman 13:05 / 23.01.2023

Gəncə Olimpiya İdman Kompleksində 2023-cü ilin "Heydər Əliyev İli” elan olunması ilə əlaqədar və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Elvin Mustafayev və Orxan Yusubov xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib. Gəncə şəhər Gənclər və idman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Gəncə, Bakı və Mingəçevir şəhərləri, Yevlax, Astara, Tovuz, Şəmkir, Tərtər və Ağstafa rayonlarından ümumilikdə 200 idmançı iştirak edib.

Yarışda 2008-2010-cu illər təvəllüdlü və kiçik yaşlılar arasında Astara rayonun qız və oğlan komandası Astara Olimpiya İdman Kompleksinin sərbəst güləş üzrə məşqçisi Loğman Ağayevin rəhbərliyi altında iştirak edərək yüksək nəticələr əldə ediblər.

Qızların yarışında astaralı idmançılar üç qızıl və iki gümüş medala sahib çıxaraq ümumi komanda hesabında yarışın qalibi olub. Qızıl medallara Esma Salmanova (23 kq), Məryəm İsmayılova (26 kq) və Nuray Cəfərli (38 kq) layiq görülüb. Tunay Nehmətzadə (29 kq) və Mədinə Ələkbərzadə (23 kq) isə ikinci olub.

Oğlanlardan ibarət komandanın heyətində isə astaralı idmançılar bir gümüş və iki bürünc medala layiq görülüb. Gümüş medalı Tunar Hacızadə (29 kq), bürünc medalı isə Riad Əliyev (52 kq) və İmran Rufullayev (26 kq) qazanıb.


1650 oxunub

InvestAZ