XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Avropa Liqası: “Qarabağ” Bakıda “Nant”ı darmadağın etdi
İdman 00:07 / 16.09.2022
Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Nant” klubunu qəbul edib. Oyundan əvvəl keçirilən matçda azarkeşlər qarşılaşma başlamamışdan əvvəl azarkeşlər Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Görüşün ilk hissəsində komandaların heç biri fərqlənə bilməyib. Oyunun ikinci hissəsində komandamız hücumların kəsərini bir qədər də artırıb. Bunun nəticəsi olaraq Ağdam təmsilçisi matçın 60-cı dəqiqəsində hesabı açıb. 25 yaşlı qanalı hücumçusu Kvabena Ovusu hesabı dəqiq zərbə ilə komandasını hesabda önə keçirib. Beş dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.
Beləliklə, matç "Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupunun digər oyununda Yunanıstanın "Olimpiakos” klubu doğma meydanda Almaniyanın "Frayburq” komandasına məğlub olub - 0:3.
Beləliklə, Almaniya klubu 6 xalla G qrupuna liderlik edir. "Qarabağ” və "Nant” klubları 3 xalla 2-3-cü pillədə yer alıblar. "Olimpiakos”un isə hesabında xal yoxdur.
Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 6-da səfərdə "Olimpiakos”a qarşı keçirəcək.

1107 oxunub

InvestAZ