XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Anna Skidan: “Birinci yeri tutmaq insanda hər zaman xoş hisslər yaradır”
İdman 11:48 / 09.08.2022
Anna Skidan: “Birinci yeri tutmaq insanda hər zaman xoş hisslər yaradır” - FOTO
Türkiyənin Konya şəhərind keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Komandamız artıq Oyunlarda ilk qızıl medalını qazanmağa müvəffəq olub. Ölkəmizə qızıl medalı atletimiz Anna Skidan çəkicatma yarışlarında qazandırıb. O, 70,23 metr nəticə ilə bu uğura nail olub. Bu, A.Skidanın İslam Həmrəyliyi Oyunlarında ikinci medalı olub. Atletimiz Konya-2021-dəki qızıl medal sevincini jurnalistlərlə bölüşüb. 30 yaşlı qadın idmançı Bakıdakı İslam Həmrəyliyi Oyunlarından sonra Konyada da mükafatçılar sırasına düşdüyü üçün özünü xoşbəxt hiss etdiyini bildirib. "İkinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oluram. Göstərdiyim nəticədən razıyam. Bunun üçün özümü çox xoşbəxt hiss edirəm. Birinci yeri tutmaq insanda hər zaman xoş hisslər yaradır. Mənə belə bir imkanı yaratdığı üçün Azərbaycana minnətdarlığımı bildirirəm. Mənə verdiyi dəstəyə görə komandamıza təşəkkür edirəm”, - deyə Anna Skidan sevinc təəssüratlarını bölüşüb.

2663 oxunub

InvestAZ