XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



“Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq
İdman 13:16 / 09.08.2022
Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komandamızı Macarıstanda "Ferentsvaroş” klubunu qəbul edəcək. Qarşılaşma "Groupama Arena"da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA hakimi Karlos del Serro idarə edəcək. Hakimlər Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya), VAR hakimləri isə Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva olacaq.
Qeyd edək ki, mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan komanda Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) qarşılaşmasının cütünün məğlubu ilə görüşəcək.


29088 oxunub

InvestAZ