XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Azərbaycan UEFA-nın reytinqində yeni mövsüm üçün xal hesabını açdı
İdman 11:21 / 13.07.2022

Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal hesabını açıb. Bu, Ağdamın "Qarabağ” komandasının Polşanın "Lex” klubu ilə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub. Qələbə 4 klubla təmsil olunan ölkənin aktivinə 0,250 xal gətirib.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri "Lexiya" və "Poqon"un elə birinci təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa ikinci təsnifat mərhələsindən start verəcəklər.


32449 oxunub

InvestAZ