XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Velosipedçimiz dünya reytinq cədvəlində
İdman 14:43 / 07.07.2022

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib. Dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışda millimizin üzvü uğurlu nəticəyə imza atıb.

O, əldə etdiyi nəticəyə əsasən, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. İyirmi bir yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCİ-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya reytinq cədvəlində 35 xalla 45-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, velosipedçimiz yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci olub.


33246 oxunub

InvestAZ